Pure Agua Hovuz Təmizləyici

199.00

Le Vuage Pure Agua bakteriyaların vegetativ formalarına və sporlarına, habelə virus, kif, göbələk, yosun və sair parazit və patogenlərə qarşı sürətli, effektiv və qalıcı təsir özəlliyinə malikdir. Labaratoriya göstəricilərinə əsasən 30 saniyədən daha az bir müddətdə bakteriyaların 99,99%-ni, sporların 97,93%-ni məhv edir. Le Vuage Pure Agua bütün növ biofilmləri yox etdiyi kimi, biofilm əmələ gəlməsinin də qarşısını alır.
Le Vuage Pure Agua bütün dezinfeksiyanı tək başına həyata keçirmə gücünə malikdir.Daimi dozalanma və nəzarət,habelə əlavə vasitə (ph tənzimləyici xaricində) tələb etmir. İnsan sağlamlığına, ətraf mühitə və hovuz avadanlığına zərər vermir. Digər dezinfeksiya üsullarından fərqli olaraq:
✓ Dəridə - quruluq, qızartı, qaşınma kimi hallar, eqzema, melanoma, seboreya və s. allergik reaksiyalar;
✓ Gözlərdə - infeksiya, qızarma, qıcıqlanma, kontakt linzaların zədələnməsi;
✓ Saçlarda – qırılma, tökülmə, quruluq, saç boyasının rənginin solması;
✓ Qulaqlarda – axıntı, tıxanma, ağrı,iltihab kimi fəsadlar vermir.
Az miqdarda istifadə olunduğu üçün hovuzda kimyəvi çirklənməyə səbəb olmur.
✓ Kanserogen təsiri yüksək olan "bağlı xlor” əmələ gəlməsi riski yaranmır.
✓ Le Vuage Pure Agua tətbiq edildikdən 15 dəqiqə sonra hovuz 7/24 aktiv istifadə oluna bilər.
✓ Dad və qoxusu yoxdur.
✓ Uçucu olmaması və qaynama temperaturunun yüksəkliyi səbəbilə sauna, jakuzi,termal hovuzlar kimi yüksək temperaturlu sularda da öz təsirini qoruyub saxlayır.
✓ Günəş şüaları Le Vuage Pure Agua-nın aktivliyini azaltmır. Bu səbəbdən digər dezinfeksiya vasitələrindən fərqli olaraq açıq hovuzlarda daha güclü təsirə malikdir.
✓ Xüsusi daşınma şərtləri tələb etmir, aero kargo daxil,bütün karqo xidmətləri tərəfindən daşınır (qida maddələri ilə birlikdə daşınmasında heç bir qadağa yoxdur).